AZ

Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə əməkdaşlıq planlarını müzakirə edib

Bakı.Trend:

23 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və MədəniyyətTəşkilatının (UNESCO) yeni seçilmiş Baş direktoru Xaled El-Enaniarasında telefon danışığı aparılıb.

Trend xəbərverir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun Baş direktoruvəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətindəuğurlar arzulayıb.

Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksəkqiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişafetdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanınçoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəkirolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrəplanlar müzakirə olunub.

UNESCO Baş direktoru təşkilata etimadın artırılması vəfəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərininəhəmiyyəti vurğulanıb.

Nazir həmçinin 2026-cı ildə Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi,Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib vəBaş direktoru bu tədbirlərdə iştiraka dəvət edib.

Nazir Ceyhun Bayramov daha sonra, tarixi Vaşinqton görüşü vəpostmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflıməlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuranregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
18
34
az.trend.az

10Mənbələr