AZ

Paşinyanla Putin arasında gizli sövdələşmə? İl ərzində 8 dəfə yaşandı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Baş Naziri Nikol Paşinyan 2025-ci ildə 8 dəfə Rusiyaya rəsmi səfər edib. Bəzi müşahidəçilər düşünür ki, Qərb yönümlülüyü ilə tanınan, Kremlə müqavimət göstərdiyi görünən, İrəvanı Moskvanın nəzarətindən çıxardığı deyilən Paşinyanın Rusiyaya intensiv səfərləri müəyyən şübhələr yaradır.

Bu prosesin arxa planında nələr var? Anti-Rusiya mövqeli hökumət başçısının münasibətlərdə bu qədər yaxınlıq göstərməsi normal sayıla bilərmi? Belə bir vəziyyət Bakı-İrəvan münasibətlərinə necə təsir göstərər? 

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Nikol Paşinyanın Rusiyaya səfərləri rəsmi deyil, daha çox işgüzar xarakterlidir:

“Adətən Paşinyan konfrans və sammitlərə qatılır. Amma Ermənistan hakimiyyətinin verdiyi qərarlardan Qərbə inteqrasiya siyasətini həyata keçirdiyi görünür. Fikrimcə, Paşinyan seçkilərə qədər Rusiya ilə konfrontasiyaya getmək istəmir. Ona görə çalışır ki, Kremllə münasibətləri nizamlı saxlasın. Lakin Rusiya-Ermənistan əlaqələrinin yüksək səviyyədə davam edəcəyini düşünmürəm. Çünki seçkilərdən sonra İrəvanın siyasi kursunda Qərbə inteqrasiyanı gücləndirməsi, həmçinin Türkiyə və Azərbaycanla əlaqələrinin normallaşması Moskva ilə iqtisadi əlaqələrin aşağı səviyyəyə enməsinə səbəb olacaq.

Məhəmməd Əsədullazadə 

Bu gün NATO-Ermənistan əlaqələri də inkişaf edir. Avropa İttifaqı ilə Ermənistan arasında strateji sənəd imzalanıb. Moskva İrəvanla Bakı arasında sülh prosesinə mane ola bilməz. Artıq ikitərəfli danışıqlar prosesi gedir və xeyli irəliləyişlər əldə olunub”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr