Adelet.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Meyxanaçı Ələkbər Yasamallı həmkarı Mehman Əhmədli ilə ortaq məxrəcə gələ bilmirlər.
Adalet.az bildirir ki, hər iki meyxanaçı özlərini lider hesab etdikləri üçün heç birinin sözü bir- birinə xoş gəlməyib.
Mehman Əhmədlinin meyxananın açarı məndədir fikri həmkarları arasında narazılğa səbəb olub. M.Əhmədliyə ilk cavabı Ələkbər Yasamallı verib:
“Götürsün, möhür nəyimə gərək? Onda möhür varsa, bizdə də meyxananın qapısının açarı var. Qapını açmasaq, möhür bir işə yaramır.
Biz özümüz özümüzə “nömrə 1” deməli deyil. Bunu xalq deməlidir.Meyxanaya xiridar qiymət verməlidir. Mən ancaq meyxanaçı dostlarımızın kişiliyindən, insanlığından danışa bilərəm”.
Əntiqə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.