Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri 26,10 manat - 28,60 manat aralığında dəyişir. Maraqlıdır ki, son bir ildə ilk dəfə unun topdansatış qiyməti 45-50 qəpik bahalaşıb.Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, un qiymətinin artımı çörəyin qiymətinə ciddi təsir göstərməyəcək:“Unun qiymətindəki artım çox azdır və artan məbləği unun ümumi kiloqramına böləndə fərq demək olar ki, hiss olunmur. Burada əsas məsələ başqa yerdədir. Böyük çörək istehsalçıları çörəyin qiymətini artırmırlar. Əksinə, çörəyin çəkisini azaldırlar. Çörəyin çəkisində 5–10 qram azalma olsun. Amma ümumilikdə çörəyin qiymətində ciddi artım gözlənilmir”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.