ain.az, Demokrat.az saytına istinadən bildirir.
“Azərbaycanın Ermənistanla neft məhsullarının tədarükünə başlaması iki dövlət arasında siyasi münasibətlərə yeni dinamika gətirib. Bu, eyni zamanda iqtisadi münasibətlərin bərpası baxımından da mühüm bir addımdır”Bunu Demokrat.az-a açıqlamasınsa politoloq Məhəmməd Əsədullazadə bildirib.O deyib ki, yekun sülh müqaviləsi istiqamətində gedən proseslərə əlavə təkan verir:“Beləliklə, qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Görünür ki, Ermənistan artıq reallıqlarla barışaraq Azərbaycanla ikitərəfli danışıqlara üstünlük verməyə başlayıb. Bu isə onların siyasi və iqtisadi baxımdan ciddi dividendlər əldə etməsinə səbəb olur. Xüsusilə, Ermənistanın Rusiya təsirindən tədricən uzaqlaşması regionda — Cənubi Qafqazda — sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, Ermənistanın forpost vəziyyətindən çıxmasına şərait yaradır. Azərbaycanın Ermənistana neft tədarükü uzunmüddətli və dayanıqlı sülhün təmininə, sülh razılaşmasının imzalanmasına şərait yaradacaq. Bununla yanaşı, Ermənistanın Zəngəzur dəhlizinin açılması və bu istiqamətdə konkret işlərin başlanması ehtimalı artır. Gözlənilir ki, Ermənistan Konstitusiya referendumu yolu ilə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları da sənəddən çıxaracaq”.O deyib ki, Azərbaycanın bu jesti Ermənistan tərəfindən də müsbət qarşılanır:“Təsadüfi deyil ki, Ermənistan Baş naziri müxtəlif beynəlxalq tədbirlərdə və konfranslarda çıxış edərək Azərbaycan Prezidentinə Ermənistanı blokadadan çıxardığı və neft tədarükünə başladığı üçün təşəkkürünü ifadə edir. Bütün bu proseslər göstərir ki, regionda müsbət dəyişikliklər baş verir və artıq həm Rusiya, həm də bəzi Avropa dairələrinin Cənubi Qafqazda süni gərginlik yaratmaq imkanları məhdudlaşır. Azərbaycan-Ermənistan münasibətlərindəki bu irəliləyiş regional təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm bir mərhələdir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.