AZ

Hansı məktəblərdə direktorlar repetitorlara sinif icarəyə verir? - AÇIQLAMA

Məktəb binalarından təyinatı üzrə olmayan məqsədlərlə istifadə edilməsi, yəni bəzi direktorların sinif otaqlarını repetitor müəllimlərə pul qarşılığında icarəyə verməsi məsələsi yenidən müzakirələrə səbəb olub. Mövzu ilə bağlı səsləndirilən fikirlərə görə, bu cür hallar Elm və Təhsil Nazirliyinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Yəni nazirlik repetitorluğa qarşı olduğunu, əksinə, məktəblərdə tədrisin müəllimlər tərəfindən yüksk səviyyədə keçirilməsini istəsə də, təəssüf ki, bəzi direktorlar məktəb daxilində repetitorlara şərait yaradırlar.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, qanunvericiliyə əsasən məktəb ərazilərində bu tip fəaliyyətlərin həyata keçirilməsi mümkün deyil:

"Yalnız müəyyən hallarda icarə müqaviləsi əsasında və rəsmi ödənişlər edildiyi təqdirdə buna icazə verilə bilər. Lakin bəzi məktəb direktorlarının bu tələbləri pozaraq qanunsuz addımlar atdığı, bunun isə əksər hallarda nəzarətdən kənarda qaldığı iddia olunur. Bu məsələ kifayət qədər mübahisəlidir. Nazirlik tərəfindən rəsmi şəkildə hər hansı icazənin verilmədiyi vurğulansa da, bəzi direktorların təşəbbüsü ilə bu cür hallara yol verilir. Mən düşünürəm ki, bu tip pozuntular əsasən regionlarda daha çox müşahidə olunur, paytaxt Bakıda isə ciddi nəzarət səbəbindən belə hallara nisbətən az rast gəlinir".

Nuriyyə NATİQQIZI

Seçilən
86
1
redaktor.az

2Mənbələr