AZ

“Ailənizi futbol üçün borca salmayın”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark 2026-cı ildə keçiriləcək dünya çempionatına biletlərin baha olması haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis futbolsevərlərin oyunlara görə borca girməməsini istədiyini deyib:

“Bilet qiymətlərini FIFA müəyyən edir. Ən böyük istəyim insanların oyunlara baxmaq üçün borca girməməsidir. Dünya çempionatının baha olacağını bilirik. Qiymətlər münasibdirsə, gəlin, dəstəkləyin. Yox bahadırsa, ailənizi futbol üçün borca salmayın”.

Dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Mundial 11 iyun – 19 iyulda keçiriləcək.

Şotlandiya yığması Haiti, Braziliya və Mərakeşlə bir qrupda mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
futbolpress.az

1Mənbələr