NATO Baş katibi Mark Rutte ABŞ-ın nüvə çətirinin Avropadakı NATO müttəfiqləri üçün mütləq zəmanət olduğunu deyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hərbi alyansın baş katibi bunu jurnalistlərə açıqlamasında bildirib.
"Amerika nüvə çətiri bizim mütləq zəmanətimizdir və bu dəyişməyəcək. Əlbəttə ki, bəzi Avropadakı NATO müttəfiqlərinin öz nüvə imkanları var və biz bu baxımdan həm birbaşa, həm də dolayı yolla əməkdaşlıq edirik. Bu məsələ ilə bağlı başqa bir şey deyə bilmərik", - deyə Rutte bildirib.
Eyni zamanda, alyansın Baş katibi hesab edir ki, ABŞ-ın NATO-ya sadiqliyi ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında güclü olaraq qalacaq:
Fuad