AZ

Vens ABŞ ordusuna 90 dəqiqəlik TƏLİM KEÇDİ

ABŞ-ın vitse-prezidenti Cey Di Vens elit hərbi bölmə olan ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL dəstəsinin döyüşçüləri ilə 90 dəqiqəlik məşq keçdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Vens bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, hərbçilər məşq zamanı ona qarşı “mərhəmətli” davransalar da, məşqdən sonra özünü “sanki yük qatarının altına düşmüş kimi” hiss edib.

Vitse-prezident hərbçilərə xidmətlərinə görə təşəkkür edərək, onların yüksək peşəkarlığını vurğulayıb. Paylaşılan fotolarda Cey Di Vensin “dəniz pişikləri” ilə birlikdə kötüklər daşıdığı, qayıqda avar çəkdiyi, çimərlikdə qaçdığı və maneələr zolağından keçdiyi görünür.

Fox News-un məlumatına görə, məşq ABŞ-ın Kaliforniya ştatında baş tutub.

Cey Di Vens xatırladıb ki, 2003–2007-ci illərdə ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib, bu müddətdə hərbi müxbir kimi İraqda ezamiyyətdə olub. Hərbi xidmətdən sonra isə hüquq sahəsində karyerasına başlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
93
50
konkret.az

10Mənbələr