Dünyanın ən bahalı avtomobilləri, milyonlarla dollarla ifadə edilən qiymətlərlə, avtomobil kolleksiyaçıları üçün əsl sərvət hesab olunur. Bu xüsusi nəqliyyat vasitələri kolleksiyaçılar üçün təkcə qiymətlərinə görə deyil, həm də heyrətamiz dizaynlarına və məhdud istehsalına görə əvəzolunmazdır.
Ölkə.Az xarici kİV-ə istinadla dünyanın ən bahalı avtomobillərini təqdim edir:
1. “Rolls-Royce la Rose Noıre Droptail” - 32 milyon dollar
Brendin “Coachbuild” proqramı çərçivəsində istehsal olunan ən eksklüziv hissələrdən biri olan bu avtomobil lüksü incəsənətlə birləşdirir. Adı fransız dilindən tərcümədə "Qara Gül" mənasını verən bu iki nəfərlik rodster işığa görə tonu dəyişən və gül ləçəklərini xatırladan təsirli bir görünüş yaradan xüsusi xarici boyaya malikdir. İnteryer isə 1603 ədəd qara ağcaqayın örtüyü və düşən gül ləçəkləri naxışları ilə diqqət çəkir. Konsola inteqrasiya olunmuş çıxarıla bilən “Audemars Piguet” saatı, bu avtomobildə detallara diqqət yetirilməsini ən bariz sübut edir. 4 illik dizayn prosesinin məhsulu olan “La Rose Noire Droptail” “Rolls-Royce”un lüksü əsl sənət əsərinə çevirməkdəki ustalığını nümayiş etdirir.


2. “Rolls-Royce Boat Taıl” - 28 milyon dollar
Brendin “Coachbuild” proqramının ikinci əsəri olan “Rolls-Royce Boat Tail” lüksü və zərifliyi ən yüksək səviyyəyə qaldırır. 1920-ci və 1930-cu illərin J-sinif yaxtalarından ilhamlanan bu xüsusi model dəniz mövzulu detalları ilə seçilir. Kəpənək kimi açılışı və taxta panelləri olan arxa göyərtə gizli yerləşdirmə dəsti təklif edir. Bu ərazidə sahibinin şəxsi şampan şərabı və süfrə əşyaları üçün iki soyuducu var. “Boat Tail”i unikal edən detallardan biri də “Bovet” ilə əməkdaşlıqda yaradılan çıxarıla bilən saatlardır. Biləkdə taxıla bilən və ya tabloya yerləşdirilə bilən bu saatlar modelə fərqli bir prestij qatır. “Montblanc” qələmləri və əl işi lüks toxunuşları ilə “Boat Tail” avtomobil dünyasında ən nadir kolleksiyaçı əşyalardan biri hesab olunur.

3. “Paganı Zonda HP Barchetta” - 18,5 milyon dollar
“Pagani Zonda HP Barchetta” Horasio Paqani tərəfindən özü üçün hazırlanmış və brendin sənət və mühəndisliyin ustalıqla qarışığını nümayiş etdirən xüsusi bir modeldir. 760 at gücündə V12 mühərriki və 6 pilləli mexaniki transmissiya təmiz sürücülük təcrübəsi təqdim edir. Bu nadir avtomobillərdən yalnız 3 ədəd istehsal olunub və bu, onu “Zonda” layihəsinin 18 illik tarixinin simvolu edir. Əl işi dizaynı və məhdud istehsalı sayəsində “Zonda HP Barchetta” bu gün kolleksiyaçılar arasında ən çox axtarılan modellərdən biri olaraq qalır.

4. “Bugattı la Voıture Noire" - 16 milyon dollar
“Bugatti La Voiture Noire” “Jean Bugatti”nin əfsanəvi və itirilmiş “Type 57 SC Atlantic”ə həsr olunmuş şəkildə istehsal edilib. Molşeimdəki “Bugatti” zavodlarında istehsal olunan bu tək hiperkar, brendin ən eksklüziv və arzulanan modellərindən biri hesab olunur.
Tək hissəli karbon lifli kuzov və “Chiron”dan tanış olan W16 mühərriki ilə təchiz olunmuş “La Voiture Noire” altı çıxışlı egzoz sistemi və fərqli arxa dizaynı ilə seçilir. İçəridə Havana qəhvəyi dərisi və digər dəbdəbəli detallar avtomobilə sənət əsəri hissi verir.

5. “Rolls-Royce Sweptaıl” - 12,8 milyon dollar
“Rolls-Royce Sweptail” markanın xüsusi istehsal fəlsəfəsini təmsil edən “Coachbuild” proqramının ilk və ən təəccüblü nümunələrindən biri kimi seçilir. Xüsusi bir müştəri tərəfindən dizayn edilmiş və 20-ci əsrin əvvəllərindən klassik avtomobillərdən ilhamlanan bu tək kupe “Phantom” platformasında 4 il ərzində tamamlanıb. Başdan sona uzanan geniş şüşə dam interyeri təbii işıqla doldurur, “Macassar ebony” və “Paldao” kimi nadir ağac detalları isə “Sweptail”in lüks və zəriflik anlayışını daha da artırır.

6. “Bugattı Centodıecı” - 9 milyon dollar
“Bugatti Centodieci” brendin 110 illik yubileyini qeyd etmək və əfsanəvi EB 110 modelinə hörmət əlaməti olaraq istehsal edilib. 2019-cu ildə təqdim edilən bu xüsusi hiperkar “Chiron” ilə müqayisədə daha yüngül və daha güclü quruluşu ilə seçilir. Yalnız 10 şanslı müştəri üçün istehsal edilən, təxminən 9 milyon dollarlıq qiyməti olan “Centodieci” həm nadirliyi, həm də təklif etdiyi fövqəladə performans sayəsində dünyanın ən bahalı avtomobilləri arasında yer alır.

7. "Mercedes-Maybach Exelero" - 8 milyon dollar
“Mercedes-Maybach Exelero” 2005-ci ildə “Fulda”nın “Carat Exelero” təkərlərinin yüksək sürətli performansını sınaqdan keçirmək üçün xüsusi olaraq hazırlanıb. Kapotun altında iki turbo V12 mühərriki 690 at gücü istehsal edir və bu da “Exelero”nun saatda 350 km maksimum sürətə çatmasına imkan verir. Dizayn baxımından klassik “Maybach SW 38” xətləri müasir detallarla qarışdırılıb, avtomobil “Maybach 57” platformasında qurulub. Həm görünüşü, həm də hekayəsi “Exelero”nu avtomobil dünyasının ən qeyri-adi ikonlarından birinə çevirir.

8. "Paganı Huayra Codalunga" - 7.4 milyon dollar
“Pagani Codalunga”sı 1960-cı illərin “Le Man” avtomobillərindən ilhamlanaraq hazırlanmış zərif dizaynı ilə seçilir. Bu xüsusi model iki “Pagani” kolleksiyaçısının Horasio Paganiyə şəxsi müraciəti nəticəsində yaranıb. Bu avtomobildən cəmi beş ədəd istehsal olunub. Üstəlik, bu nadir avtomobillər, bugünkü hiperkar dünyasında adət olduğu üzrə ictimaiyyətə təqdim olunmazdan əvvəl sahiblərini tapıb.

9. "Paganı Huayra Imola Roadster" - 6 milyon dollar
"Pagani"nin ən iddialı və nadir modellərindən biri olan "Huayra Imola Roadster" brendin trek ruhunu açıq üstü ilə birləşdirir. Huayra Roadster-in xüsusi, yarışa yönəlmiş təfsiri kimi təqdim edilən bu model, dünyada yalnız səkkiz şanslı kolleksiyaçıya təklif olunacaq. Sınaqdan keçirildiyi İtaliyadakı əfsanəvi Imola Circuit-in adını daşıyan bu xüsusi avtomobil, Pagani-nin performansa sonsuz yanaşmasını nümayiş etdirir. Standart Huayra-dan daha aqressiv xarakterə malik Imola Roadster, yüngül quruluşu və xüsusi aerodinamik hissələri sayəsində praktik olaraq trek üçün hazırlanmışdır.
Kapotun altında Mercedes-AMG imzasını daşıyan 6.0 litrlik V12 mühərriki yerləşir. Tam 838 at gücü istehsal edən bu mühərrik, Imola Roadster-i "standart" Huayra-dan daha şiddətli bir səviyyəyə qaldırır. Cəmi 1260 kiloqram quru çəkiyə malik avtomobil, yüksək sürətlə praktik olaraq yerə yapışdırılır. Əslində, 280 km/saat sürətlə 600 kiloqramdan çox aşağıya doğru hərəkət edən qüvvə yaradır və bu da yol performansını növbəti səviyyəyə qaldırır.

10. “Bugattı Dıvo” - 5.8 milyon dollar
“Bugatti”nin ən diqqətçəkən və nadir modellərindən biri olan “Divo” 2018-ci ildə təqdim edildikdə avtomobil həvəskarlarını valeh etdi. Əfsanəvi fransız yarış sürücüsü Albert Divonun adını daşıyan bu xüsusi hiperkar, Bugatti-nin sürətə olan ehtirasını trekə yönəlmiş xarakterlə birləşdirir.
Klassik Bugatti modellərindən fərqli olaraq, Divo düz xəttli yollarda rekordlar qırmaq əvəzinə, döngələrdə şou göstərməyi hədəfləyir. Kəskin xətləri olan aqressiv dizaynı ilk baxışdan onun ambisiyasını ortaya qoyur. Yenidən dizayn edilmiş ön hissə, nəhəng arxa diffuzor və sabit arxa spoyler sayəsində Divo demək olar ki, yola yapışır.
Kapotun altında Bugatti-nin imzalı 8.0 litrlik W16 dörd turbo mühərriki yerləşir. Tam 1500 at gücü istehsal edən bu mühərrik Divo-nun 0-dan 100 km/saat sürətini cəmi 2.4 saniyəyə yığmasına imkan verir. Lakin bu avtomobili xüsusi edən təkcə sürətlənməsi deyil, həm də döngələrdə təklif etdiyi özünəinam və nəzarətdir. Məhdud sayda istehsal olunan Bugatti Divo həm dizaynı, həm də performansı ilə avtomobil dünyasında prestij simvolu kimi seçilir. Bir sözlə, Divo sükan arxasında olan hər kəsə özünü yarış yolunda hiss etdirən eksklüziv hiperkardır.

Billurə