AZ

Zəvvarlar Məkkədə qəzaya düşdü: Ölən və yaralılar var

Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 Türkiyə vətəndaşı həlak olub, 2 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Ciddə Baş Konsulluğunun Kommunikasiya Ataşeliiyindən verilən yazılı açıqlamada hadisə ilə bağlı məlumat paylaşılıb.

Bildirilib ki, Məkkə şəhərində Mahbes qarajı yaxınlığında ümrə ibadətini yerinə yetirmək üçün bölgədə olan şəxslərə bir avtobusun çırpılması nəticəsində qəza baş verib.

Qəza zamanı Abidin Dağköy həyatını itirib, Emine Dağköy və Birol Yalçın isə müxtəlif dərəcəli xəsarətlər alıb.Müalicə altına alınan yaralılardan Yalçın xəstəxanadan buraxılıb, digər yaralı üçün isə ambulans təyyarə ilə təxliyə edilməsi məqsədilə müraciət edildiyi bildirilib.

Konsulluq qurumlarının hadisədən dərhal sonra hərəkətə keçdiyi, zəruri diplomatik və tibbi prosedurların başladıldığı və ailələrlə əlaqə saxlanıldığı qeyd olunub.

Hadisə ilə bağlı araşdırmaların Səudiyyə Ərəbistanı səlahiyyətli qurumları tərəfindən aparıldığı da açıqlanıb.

Seçilən
7
cebheinfo.az

1Mənbələr