AZ

On beş bazar subyekti aşkarlanmış pozuntu hallarını könüllü aradan qaldırıb

Bakı, 23 dekabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri və verilmiş göstərişlərin nəticəsi olaraq 15 bazar subyekti aşkar edilmiş pozuntu hallarını könüllü aradan qaldırıb.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, on bir ayda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş müraciətlər əsasında haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar 65 qərar qəbul edilib və araşdırmalara başlanılıb.

Haqsız rəqabətlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər bazarda ədalətli və şəffaf fəaliyyət mühitinin formalaşmasına xidmət edir, istehlakçıların hüquqlarının pozulmasının qarşısını alır və sahibkarlar üçün bərabər fəaliyyət imkanları yaradır. Bu tədbirlərin icrası nəticəsində bazarın sabitliyi artır, keyfiyyətli məhsul və xidmətlərin təklifi genişlənir.

 

Seçilən
50
1
azertag.az

2Mənbələr