AZ

Bəzi humanitar sahələr üçün 4 il təhsil artıq zəruri görünmür AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Dünyanın bir çox ölkəsində bakalavriat təhsilinin müddətinin 3 ilə endirilməsi artıq tətbiq olunmağa başlayıb. Yaxın qonşu Gürcüstan da gələn ildən bakalavriat səviyyəsini 4 ildən 3 ilə endirib. Azərbaycan da bu qlobal trendlərə qoşulmaq məcburiyyətindədir".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. O, bildirib ki, ölkədə bakalavriatın 3 ilə, magistraturanın isə 1 ilə endirilməsi ilə bağlı tələblər səslənib:"Doktorantura səviyyəsində də müəyyən danışıqlar gedir. “Təhsil haqqında” qanun hazırda Milli Məclisdə müzakirə olunur və ehtimal ki, gələcəkdə əlavələr və dəyişiklər ediləcək".Ekspert bildirib ki, praktika göstərir ki, əmək bazarı artıq magistratura səviyyəsi üzrə təhsili əsas tələblərdən biri kimi qoymur:"Keçən ilin hesabatına baxdıqda, dövlət tərəfindən nəzərdə tutulan magistratura yerlərinin mindən çoxu boş qalıb. Bu da göstərir ki, uzunmüddətli təhsil hər sahədə zəruri deyil. Yeni texnologiyalar və süni intellektin inkişafı da uzunmüddətli tədris ehtiyacını azaldır. Odur ki, Azərbaycan yaxın zamanda bakalavriatın müddətini 3 ilə endirməyə və əmək bazarının tələblərinə uyğun yeni proqram və qaydalar tətbiq etməyə maraqlı olmalıdır. Xüsusilə bəzi humanitar sahələr üçün 4 il təhsil artıq zəruri görünmür".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
demokrat.az

1Mənbələr