AZ

Əliyar və “sarı”ları

ain.az, futbolpress-az saytına istinadən bildirir.

FIFA referisi Əliyar Ağayev Azərbaycan Premyer Liqasında bu mövsüm ən çox təyinat alan hakimdir.

Futbolpress.az-ın məlumatına görə, referi 10 matçda baş hakim funksiyasını yerinə yetirib. Ağayev bu matçlarda 52 sarı, 4 qırmızı vərəqə göstərib. Referi 6 dəfə də komandaları penalti qərarı ilə cəzalandırıb.

Oyun sayında 2 və 3-cü yerləri Fərid Hacıyev və Cavid Cəlilov bölüşür. Hakimlər hərəyə 9 dəfə təyinat alıb. Hər iki referi bu görüşlərdə 30 sarı vərəqə göstərib. Hacıyev 2, Cəlilov isə 3 dəfə penalti qərarı verib.

Bu mövsüm ən az təyinat alan isə Nicat İsmayıllıdır. Referi 2 matçda iş başında olub. O, bu görüşlərdə 10 sarı vərəqə verib, 2 dəfə penalti təyin edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr