
ABŞ Prezidenti Donald Tramp gizli şəkildə Avropa İtifaqının Ukraynanı maliyyələşdirmək səylərinə qarşı çıxır.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məqalə dərc edib.
Məqalədə deyilir ki, Tramp "Ukraynanın müharibə sandığı"nı doldurmaq üçün Aİ-nin səylərinə səssizcə qarşı çıxır və avropalıların böyük əksəriyyəti onun müharibəyə son qoymaq üçün diplomatik səylərini dəstəkləyir.
Nəşrin bildirdiyinə görə, Avropa ölkələri eyni zamanda Ukraynanın uzunmüddətli yaşamasını təmin edəcək daha etibarlı təhlükəsizlik zəmanətində israrlıdırlar.
İlahə Qənbərli
Missiya.Az