Bu gün Türkiyədə İstanbul derbisi oynanılacaq.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" və "Beşiktaş" bu dəfə Türkiyə Kubokunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
"Sarı-lacıvərdlilər" bu görüşdə 13 futbolçusundan yararlana bilməyəcək.
Tərəflər arasındakı bu mövsümkü Super Liqa matçı "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.