Ədliyyə Nazirliyi Tibb baş idarəsinin inzibati binasını təmir etdirir.
Pravda.az-ın xəbərinə görə, təmir işlərini “TD İnşaat” MMC görəcək.
Satınalmanın dəyəri 138 886 AZN-dir.
Nazirliyin Tibb Baş İdarəsi və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni rəqabət təmin edilməyib. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Qüvvət Allahverdi oğlu Mustafayevdir. MMC-nin dövlətə 53 698 AZN borcu var.
Cabir
Tarix: 23 Dekabr 2025, 16:52