AZ

Təyyarəyə siçovul girdi, 36 saat AXTARDILAR - VİDEO

Niderland Karibinə uçuş həyata keçirən "KLM Hava Yolları"na məxsus "Airbus A330" tipli təyyarədə gözlənilməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, məlumata görə, təyyarənin göyərtəsində siçovul aşkar edildikdən sonra sərnişinlərin təhlükəsizliyi təmin olunması məqsədilə uçuş Arubada müvəqqəti olaraq dayandırılıb.

Hadisədən sonra müvafiq tədbirlər görülüb və təyyarədə yoxlamalara başlanılıb.

Bildirilib ki, siçovulun tutulması üçün 36 saatdan artıq vaxt sərf olunub. Onun təyyarəyə hansı şəraitdə və necə daxil olması isə hələlik naməlum olaraq qalır. Hadisə aviasiya təhlükəsizliyi ilə bağlı müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
62
1
milli.az

2Mənbələr