Rusiyada yeniyetmə anasını ÖLDÜRÜB
Ajans.az SHOT Teleqram kanalına istinadən xəbər verir ki, yeniyetmə 48 yaşlı anası Yelena ilə mübahisə edib. Mübahisənin səbəbi onun anasının oğluna döymə etdirməyə və ya dostları ilə spirtli içki içməyə icazə verməməsi olub. O, mətbəx bıçağını götürərək anasına bir neçə bıçaq zərbəsi endirib. Yelena hadisə yerində ölüb. Növbəti hədəf 11 yaşlı qardaş olub. Oğlan onu evə çağırıb və gələn kimi qarın nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. Lakin məktəbli uşağın çevikliyi sayəsində o, qaçaraq çölə çıxıb və kömək çağırıb. Yaralı kiçik qardaş hazırda reanimasiyadadır. Hadisə baş verərkən 14 yaşlı bacısı məktəbdə, 43 yaşlı atası isə işdə olub. Qonşular və tanışlar ailə haqqında yüksək fikirdə olduqlarını bildirirlər, lakin valideynlərin uşaqlara qarşı sərt davrandığını və hətta sosial mediadan istifadəni qadağan etdiklərini qeyd edirlər. Начало формы