AZ

"Beşiktaş" Loftus-Çik transferini reallaşdırıb

“Beşiktaş” yanvar transfer pəncərəsində “Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çiki heyətinə qatmaq istəyir.

Missiya.Az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” qəzeti məlumat yayıb.

Məlumata görə, “Milan”ın baş məşqçisi Massimiliano Alleqri oyunçudan məmnundur, lakin müqaviləsinin bitməsinə 18 ay qaldığı üçün Loftus-Çik gələcək planlarını qiymətləndirir.

Premyer Liqa klubları və Mauritsio Sarri “Latsio” da oyunçu ilə maraqlansa da, hələlik konkret addım yoxdur.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr