“Real” ötən mövsüm La Liqada yayım hüquqların satışından əldə olunan gəlirlərə görə lider olub.
Publika.az xəbər verir ki, ümumilikdə La Liqa klublar arasında 1 milyard 292 milyon avro bölüşdürüb.
Ən böyük məbləği “Real” alıb – 157,92 milyon avro. İkinci yerdə 156,45 milyon avro gəlirlə “Barselona” qərarlaşıb. Üçüncü pillədə isə 108,17 milyon avro ilə “Atletiko” yer alıb. Yalnız bu üç klub 100 milyon avro həddini keçə bilib.
Sonrakı yerlərdə qərarlaşan “Atletik” 72,26 milyon avro, “Real Sosyedad” isə 67,80 milyon avro gəlir əldə edib.