AZ

Almaniya 2011-ci ildən sonra ilk dəfə məhkum edilmiş suriyalını deportasiya edib

Almaniya 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ilk dəfə olaraq məhkum edilmiş bir suriyalını deportasiya edib.

APA xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

Almaniyanın Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 23-də səhər saatlarında Almaniyada məhkum olunmuş Suriya vətəndaşı Dəməşqdə yerli hakimiyyət orqanlarına təhvil verilib. Həmin şəxs ağırlaşdırıcı hallarla hücum və soyğunçuluq, eləcə də hədə-qorxu ilə pul ələb etmə cinayətlərinə görə Almaniyada cəza çəkirdi.

Bundan əlavə, Almaniya daha bir məhkum olunmuş Əfqanıstan vətəndaşını da deportasiya edib.

Daxili İşlər Nazirliyində qeyd olunub ki, son aylarda Suriya hakimiyyəti və Əfqanıstanda “Taliban”la bu cür şəxslərin öz ölkələrinə qaytarılması ilə bağlı danışıqlar aparılıb və razılaşmalar əldə olunub. Bu razılaşmalara əsasən, məhkum edilmiş və təhlükə yaradan şəxslərin deportasiyası gələcəkdə mütəmadi xarakter daşıyacaq.

Seçilən
24
1
apa.az

2Mənbələr