«Araz-Naxçıvan»ın Elmar Baxşıyevlə vidalşmasından xəbərdarsız. Biz bu barədə az öncə oxucularımıza eksklüziv xəbəri çatdırmışıq. 2024-cü ili naprel ayında «ağ-qırmızılar»ın sükanı arxasına keçmiş mütəxəssis cari mövsümün geridə qalan hissəsində qeydə alınan uğursuz nəticələr üzündən iş yerini itirib.
Onu kimin əvəzləyəcəyi də artıq böyük ölçüdə bəllidir. Həmin şəxs Andrey Demçenkodur. Klubun seleksiya işlərinə cavabdehlik daşıyan Ceyhun Sultanovun yaxın çevrəsindən redaksyamıza verilən məlumata görə, ukraynalı baş məşqçi hazırda Bakıdadır. 2025-ci ilin yarısını Qazaxıstanda - «Jenis»də keçirmiş 49 yaşlı çalışdırıcı Sultanovun vasitəsilə ölkəmizə təşrif buyurub. O, bu gün klub rəhbərliyi ilə görüşəcək və müqavilə şərtlərini müzakirə edəcək.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta