AZ

Orbandan diqqətçəkən Ukrayna açıqlaması: Böyük bir yalan puç olur

BAKI, 23 dekabr. TELEQRAF

Qərbi Avropada Rusiya-Ukrayna müharibəsinə münasibət dəyişir.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“ABŞ ilə Rusiya arasında aparılan danışıqlar atəşkəs və Ukraynanın iştirakı ilə möhkəm sülhün bərqərar olunmasına gətirib çıxara bilər. Həmçinin, Qərbi Avropada böyük bir yalan puç olmaqdadır: bu müharibənin maliyyələşdirilməsinin böyük xərcləri var. Qanun layihələri təqdim olunduqca, ictimai rəy dəyişir. Avropanın müharibəyə qoşulmasının qarşısını elitalar deyil, xalqlar alacaq”, - baş nazir bildirib.

Seçilən
33
teleqraf.com

1Mənbələr