AZ

“Milan” serbiyalı hücumçu ilə anlaşdı

“Partizan”ın hücumçusu Andrey Kostiç İtaliya A Seriyasına keçməyə yaxındır.

İdmanxeber.az xəbər verir ki, “Milan” 18 yaşlı monteneqrolu forvardın transferini yekunlaşdırmaq üzrədir. “Rossoneri” futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və “Partizan”a 5 milyon avroluq təklif göndərib.

Bildirilir ki, Belqrad klubu bu təklifi yaxın zamanda qəbul edəcək.

Qeyd edək ki, Kostiç bu mövsüm “Partizan”ın heyətində 27 oyunda 9 qol vurub.

Seçilən
47
idmanxeber.az

1Mənbələr