Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sumqayıt şəhərində qaydaları kobud şəkildə pozan avtobus sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir müddət əvvəl səhər saatlarında baş verib. Kadrdan göründüyü kimi, 10A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 50-AE-825 dövlət nömrə nişanlı “Isuzu” markalı avtobusun sürücüsü dayanacaqdan kənarda dayanaraq sərnişin mindirib. Ardınca o, qarşı tərəfdə hərəkətdə olan digər avtobus sürücüsü ilə söhbət edib. Bu zaman arxadan gələn avtomobillərin hərəkətinə maneə yaranıb.
Görüntünü qeydə alan sürücünün iddiasına əsasən, avtobusa yaxınlaşaraq iradını bildirsə də, sürücü “Yaxşı edirəm, get kimə şikayət edirsən et” deyə cavab verib.
Qeyd edək ki, sərnişinləri yolun ortasında mindirmək və düşürmək qəti qadağandır. Eyni zamanda, digər sürücülərlə dialoq aparmaq üçün yolun təhlükəsiz sahəsi seçilməli, yolun ortasında dayanmaq qəzaya səbəb ola bilər. Avtobus sürücüləri həm sərnişinlərin, həm də digər yol iştirakçılarının təhlükəsizliyini təmin etməlidirlər.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.