AZ

Görüntüləri gündəm olan ətlərlə bağlı detallar üzə çıxdı - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə görüntüləri yayılan, dördbucaq formada kəsilmiş və mənşəyi bəlli olmayan ətlər müzakirə yaradıb. Bu formada reklam edilən ətlər nə dərəcədə təhlükəsizdir?

Bununla bağlı Ajans.az-a danışan qida üzrə ekspert Ağa Salamov deyib ki, sosial şəbəkələrdə reklam edilən bu ətlərdə çirklənmə ola bilər və bu reklamlara nəzarət edilməlidir: “Görüntülərdə görürük ki, ətləri töküblər ayaq altına və s. Bütün qida məhsulları yerdən azı 15 santimetr hündürdə mühafizə olunmalıdır. Amma görüntülərdə görürük ki, ətləri yerə atırlar, yanında gəzirlər və s. Burada artıq çirklənmə baş verir. Təəssüf ki, "TikTok"da bu cür reklamlar çoxalıb. Mən istəyərdim ki, bunlara da nəzarət olunsun.  Bu görüntülərdəki ətlər qabı ilə birgə qida mişarı ilə kəsilib. Əslində ət kəsilərkən öz paketindən çıxarılaraq kəsilməlidir. Çünki qablaşdırmanın üzərində bakteriyalar ola bilər. Qablaşdırmanın özü də fiziki çirklənməyə səbəb ola bilər. Bunlarla bağlı ciddi bir nəzarət sistemi formalaşmalıdır”. 

Görüntülərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik. Qurumdan bildirildi ki, araşdırma aparılır və nəticələr barədə məlumat veriləcək.

Seçilən
27
Ajans.az

1Mənbələr