Eurokappa Academy-nin ortodontu İrina Butorina izah edib ki, alkoqol diş emalının strukturuna mənfi təsir göstərir.
Redaktor.az xəbər verir ki, onun fikirləri life.ru-da yayımlanıb.
Butorina bildirib ki, bir çox spirtli içkilərin pH səviyyəsi aşağıdır və bu, diş emalının demineralizasiyasına - yuxarı təbəqənin yumşalmasına səbəb olur. Xüsusilə bu təsir şampan, turş kokteyllər və bəzi şərablar zamanı daha aydın hiss olunur.
“Hansısa turşuluq emalın strukturunu “boşaldır” və ona daxil olur, nəticədə səth təbəqəsini zədələyir. Bu fonunda isə qırmızı şərab, likörlər, giləmeyvəli kokteyllər və digər rəngli içkilər emala daha dərin nüfuz edir və onun rəngini dəyişdirir”, - deyə həkim izah edib.
Aytəkin TOFİQQIZI