AZ

Kadırovun oğluna medal verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əhməd medala layiq görülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “Telegram” səhifəsində paylaşım edib.

Fotoda Əhməd Kadırov atası ilə birlikdə görünür. Respublika rəhbəri oğlu Əhmədə “Əhməd-Hacı Kadırovun xatirəsinə – Çeçen Respublikasının ilk prezidenti” medalı təqdim edib.

Əhməd Kadırov medala xüsusi qiymət verdiyini bildirib və Ramzan Kadırova dəstəyi üçün təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Əhməd Kadırov Çeçenistanın gənclər və idman naziri vəzifəsində çalışır.

Seçilən
21
nocomment.az

1Mənbələr