AZ

Rusiya Ukraynada 30-dan çox raket və 650-dən çox dron istifadə edib - Zelenski

Rusiyanın dünən gecədən bəri həyata keçirdiyi hava hücumlarında 30-dan çox raket və 650-dən çox pilotsuz uçuş aparatı istifadə olunub. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Hava hücumları ölkənin 13 bölgəsində mülki infrastrukturu hədəf alıb.

Zelenski qeyd edib ki, Kiyev bölgəsində bir qadın, Xmelnitski bölgəsində bir nəfər, Jitomir bölgəsində isə dörd yaşlı uşaq Rusiya dron hücumları nəticəsində həyatını itirib. O, zərər çəkmiş ailələrə başsağlığı verib.

Prezident həmçinin bildirib ki, Rusiya lideri Vladimir Putin müharibəni dayandırmaq niyyətində deyil.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr