AZ

Rəhman Hümmətov: "Rəqəmsal logistika platforması demək olar ki, hazırdır"

Azərbaycanda rəqəmsal logistika platforması demək olar ki, hazırdır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, platforma növbəti ilin əvvəlindən mərhələli şəkildə ilin sonuna qədər istifadəyə veriləcək.

​"Bu, bütün ticarət rejimlərini - idxal, ixrac və tranziti əhatə etməklə, bütün növ lisenziyalarımızı, sertifikatlarımızı əldə etmək üçün 30-dan artıq dövlət qurumunu birləşdirən bir platformadır. Biz bu gün 13-dən artıq dövlət qurumu ilə inteqrasiyaları tamamlamışıq və yaxud tamamlamaq üzrəyik. Bu da 65 %-dən artıq ticarətimizi əhatə edən hissədir. Yəni işin böyük həcmi görülüb. ​

Burada modullara baxdıqda, ticarət bələdçisi tam istifadəyə hazırdır, pilot rejimində işləyir. Yəni istənilən idxalatçı və ixracatçı Azərbaycan qanunvericiliyi ilə nələr tələb olunursa müraciət edərək sistemdə tam onları əldə edə bilir. ​İkinci məsələ - bütün bu lisenziyaların əldə olunması üçün "vahid pəncərə" dediyimiz sistemdən müraciət etmək olar. ​Eyni zamanda daşıyıcılar üçün biz rezervasiya - "booking" modulunu da hazırlamışıq. Yük göndərənlərlə yük daşıyıcılarının bir-birini tapması, sifarişin verilməsi, yükün izlənilməsi kimi bütün imkanlar olacaq", - deyə nazir müavini qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, platformada hesabatlılıq deyilən monitorinq hissəsi də var: "Bu, bizim üçün yalnız statistik baxımdan önəmli deyil. Biz istənilən sənədin alınması, yüklərin rəsmiləşdirilməsi və daşınması ilə bağlı işləri onlayn rejimdə görə biləcəyik. ​Bu model dünyada yalnız bəzi ölkələrdə var".

report

Seçilən
57
2
banco.az

3Mənbələr