AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub (FOTO)

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdindəfəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində medianümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub. TəlimMərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib.

Təlimin əsas məqsədi rəqəmsallaşan dünyada mövcudkibertəhdidlərə qarşı media nümayəndələrinin məlumatlılığınıartırmaq, media qurumlarına yönələn hücum növləri və onlardanqorunma yolları barədə praktiki biliklər təqdim etmək olub.

Təlimdə İRİA-nın informasiya təhlükəsizliyi üzrə ekspertləritərəfindən sessiyalar keçirilib. Sessiyalarda aktualkibertəhdidlər, sosial mühəndislik hücumları üzrə real nümunələr,eləcə də rəqəmsal təhlükəsizliyin təmin olunması ilə bağlıtövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda sondövrlərdə geniş istifadə olunan süni intellekt əsaslıplatformalardan istifadə zamanı kibertəhlükəsizlik qaydalarınariayət edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vəAzərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təşəbbüsü ilə cari ilərzində media nümayəndələrinin kiberməlumatlılığının artırılmasıməqsədilə artıq üçüncü belə tədbir həyata keçirilir. Ümumilikdə, ilərzində 100-dən çox media nümayəndəsi bu təlimlərə cəlb olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
64
8
az.trend.az

9Mənbələr