Çin Xarici İşlər Nazirliyi Ukraynanın Prezidenti Volodimir Zelenskinin Çin vətəndaşlarına qarşı sanksiyaların tətbiq edilə biləcəyi ilə bağlı açıqlamasından sonra Kiyevi öz addımlarına yenidən baxmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Lin Tszian məlumat verib.
Diplomat bildirib ki, Çin BMT mandatı olmadan tətbiq edilən və beynəlxalq hüququ pozan birtərəfli sanksiyalara qarşı çıxır. Onun sözlərinə görə, Pekin vətəndaşlarının və şirkətlərinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək.
“Ukrayna tərəfinə yol verdiyi səhvləri düzəltməyi ciddi şəkildə tövsiyə edirik”, – deyə Lin Tszian əlavə edib.
Xatırladaq ki, daha əvvəl Prezident Zelenski ilin sonunadək Rusiya hərbi sənayesi ilə əməkdaşlıq edən şəxslərə, o cümlədən Çin vətəndaşlarına qarşı sanksiyaların tətbiq ediləcəyini bildirmişdi.