AZ

"Tesla" Avropada çöküş yaşayır - Satışlarda azalma

Avropa İttifaqının avtomobil bazarında "Tesla" satışları noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma yaşayıb.

Publika.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-noyabr dövrünün Avropa ölkələri üçün yeni avtomobil qeydiyyatı məlumatlarını açıqlayıb.

Hesabata əsasən, 2024-cü ilin noyabr ayında 18 430 olan Tesla satışları bu ilin eyni ayında 34,2 faiz azalaraq 12 130-a enib.

Brendin Aİ-də ümumi yeni avtomobil satışlarındakı payı isə 2,1 faizdən 1,4 faizə düşüb.

Seçilən
57
publika.az

1Mənbələr