AZ

“Atletiko”nun hücumçusu narazıdır

“Atletiko”nun hücumçusu Aleksander Sörlot qış transfer pəncərəsində komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatın  görə, norveçli futbolçu klubdakı durumdan narazıdır və agentlərindən yeni komanda tapmağı xahiş edib.

Bildirilir ki, 30 yaşlı forvardla baş məşqçi Dieqo Simeone arasında münasibətlər oyun praktikası azlığı səbəbindən gərgindir.

Sörlota İngiltərə Premyer Liqası klublarının maraq göstərdiyi qeyd olunur. O, cari mövsüm 22 oyunda 5 qol və 1 assistlə yadda qalıb.

Seçilən
46
idmanxeber.az

1Mənbələr