AZ

"Qalatasaray" ulduz futbolçunu 55 milyon avroya transfer edib

“Qalatasaray” yanvar transfer pəncərəsi ərəfəsində yarımmüdafiə xəttini gücləndirmək üçün Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda çıxış edən Ruben Neveşi transfer siyahısına daxil edib.

Missiya.Az xəbər verir ki, 30 yaşlı portuqaliyalı futbolçunun “Əl Hilal”la müqaviləsi mövsümün sonunda başa çatır və bu məqam İstanbul təmsilçisi üçün fürsət kimi dəyərləndirilir.

Qeyd edək ki, Ruben Neveş 2023-cü ilin yayında “Vulverhempton”dan 55 milyon avro qarşılığında “Əl Hilal”a keçib. O, bu mövsüm 16 rəsmi oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr