Deputatımız Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir
Milli Məclisin deputatı Elman Nəsirov Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində səfərdədir.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatımız səfər çərçivəsində Rauf Denktaş Universitetinin təşkilatçılığı ilə keçirilən “Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatındakı əhəmiyyəti” adlı konfransda iştirak edir.