İspaniyanın futbol üzrə yüksək liqası La Liga 2024/25 mövsümü üçün klublar arasında yayım hüquqlarından əldə olunan gəlirlərin bölgüsünü açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, ən yüksək payı Real Madrid əldə edib. Madrid klubu yayım gəlirlərindən 157 milyon avro qazanıb. Onu 156 milyon avro ilə Barcelona izləyir. Üçüncü pillədə isə Atletico Madrid yer alıb – 108 milyon avro.
Yayım gəlirlərinin digər klublar üzrə bölgüsü belədir:
Athletic Bilbao – 72 milyon avro
Real Sociedad – 67 milyon avro
Real Betis – 64 milyon avro
Sevilla – 63 milyon avro
Villarreal – 57 milyon avro
Girona – 55 milyon avro
Valencia – 52 milyon avro
Osasuna – 48 milyon avro
Celta Vigo – 45 milyon avro
Getafe – 45 milyon avro
Mallorca – 43 milyon avro
Alaves – 43 milyon avro
Espanyol – 43 milyon avro
Rayo Vallecano – 42 milyon avro
Valladolid – 41 milyon avro
Las Palmas – 40 milyon avro
Leganes – 39 milyon avro
Qeyd edək ki, La Liga-da yayım gəlirlərinin bölgüsü klubların idman nəticələri, televiziya reytinqləri və tarixi göstəricilər əsasında həyata keçirilir. Bu sistem liqada maliyyə balansının qorunmasını və rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.