AZ

Vətən müharibəsi qəhrəmanlarını tanıyaq- Cavid Vəkilov yazır

Azərbaycan Silahlı Qüvvələrinin hərbi rəhbərlərindən biri, peşəkarlığı, dövlətə sədaqəti və nümunəvi xidməti ilə tanınan Vətən Müharibəsi Qəhrəmanlarından biri də general-leytenant Kənan Seyidovdur.

O, uzun illər ərzində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi quruculuq proseslərinin təkmilləşdirilməsi və ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm xidmətlər göstərib. Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 2-ci Qarabağ müharibəsi dövründə Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini,  qərargah rəisi vəzifəsində xidmət edib. Döyüşlərdə göstərdiyi xidmətə görə Vətən Müharibəsinin qəhrəman generallarından biri kimi tanınan Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb. 2024-cü ildən isə Əlahiddə Ümumqoşun Ordusunun komandanı kimi fəaliyyət göstərir.

Kənan Seyidovun fəaliyyətində peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətləri, sadəliyi və dövlətçilik prinsiplərinə bağlılığı da daim qeyd olunur. Onun xidmətləri həm hərbi ictimaiyyət, həm də geniş oxucu kütləsi tərəfindən dərin rəğbətlə qarşılanır.

Vətən Müharibəsi Qəhrəmanlarını tanımaq biz gənclərin borcudur.Təsadüfi deyil ki, 44 günlük savaş zamanı məhz vətənpərvər ruhda yetişmiş gəncliyin rolu çox böyük olmuşdur. Belə gəncliyin yetişməsində general Kənan Seyidov kimi qəhrəmanlarımız gözəl örnəkdir.  
 
 
Cavid Vəkilov

Seçilən
10
qht.az

1Mənbələr