futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Aleksandr İsakın zədələnməsiylə bağlı danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 26 yaşlı futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını deyib:
“İsakın zədələnməsi böyük məyusluq yaratdı. Ağır zədə aldı və bir neçə ay oynamayacaq”.
İsak ötən yay 125 milyon funt-sterlinq qarşılığında “Nyukasl”dan “Liverpul”a keçib. O, Premyer Liqada 10 oyunda 2 qol vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.