AZ

“Partizan”ı “Milan”a dəyişir

İtaliyanın “Milan” klubu, hücumçu Andrej Kostiçlə müqavilə imzalamağa çox yaxınlaşıb.

90deqiqe.Az xəbər verir ki, tərəflər artıq şəxsi müqavilə şərtlərində razılığa gəliblər. “Milan”ın, monteneqrolu futbolçu üçün 5 milyon avro ödəyəcəyi gözlənilir, bu məbləğə bonuslar da daxil olacaq.

Bundan başqa, “Milan”ın əsas transfer hədəfi olaraq “Fənərbağça” ulduzunu seçdiyi bildirilir.

Hazırda 18 yaşlı Kostiç, Serbiya “Partizan”ında çıxış edir. Cari mövsümdə 27 oyunda 9 qol vuran və 3 sarı vərəqə alan futbolçu, mövsümün ən parlaq ulduzlarından biridir.

Seçilən
17
90deqiqe.az

1Mənbələr