AZ

"Bakı beynəlxalq QHT platformalarının mərkəzinə çevrildi" - QHT sədri

“Yeni Fikir” Jurnalistlərin Həmkarlar İctimai Birliyinin sədri Elmira Mehdiyeva QHT.az -a bildirib ki, 2025-ci ilin Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, hər ilin özünəməxsus xüsusiyyətləri olsa da, 2020-ci ildən sonra ölkədə həyat köklü şəkildə dəyişib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, sonrakı antiterror tədbirləri və ərazi bütövlüyünün tam bərpası Azərbaycan xalqının 200 illik işğal dövründən sonra milli qürurunun və mənliyinin yenidən bərpa olunması kimi tarixə düşüb:

"Bu qələbənin Azərbaycan xalqına bəxş etdiyi özəllikləri saymaqla qurtarmaq olmaz. Yola salmaqda olduğumuz 2025-ci ildə böyük qürur hissi ilə qələbənin 5 illiyini qeyd etdik. Qələbə paradını fəxrlə izlədik. Nəinki Şuşada, Xankəndində belə qeyd edilən qələbə günü tədbirləri bir daha bizlərə torpaq, millət, xalq anlayışlarının  necə məşum bir duyğu olduğunu, bu duyğunu yaşamağın isə tamam başqa bir aləm olduğunu göstərdi".

Seçilən
34
qht.az

1Mənbələr