ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Avroviziya 2026"da səhnəyə çıxacaq təmsilçilərdən ikisinin kimliyi bəlli olub.
Axşam.az xəbər verir ki, Albaniyanı yarışmada Alis adlı müğənni təmsil edəcək. O, səhnədə "Nan" adlı mahnı oxuyacaq.
Bundan başqa, Monteneqro müsabiqəyə Tamara Zıvkoviç adlı müğənnisini yollayacaq. O, səhnədə "Nova zora" mahnısını səsləndirəcək.
Qeyd edək ki, bu il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.