AZ

İlk dəfə Azərbaycan üzərindən Ermənistana taxıl GÖNDƏRİLİB

Ajans.az Voljsky.ru saytına istinadən xəbər verir ki,buğda ilə yüklənmiş vaqonlar Volqoqrad vilayətində yerləşən Qmelinskaya stansiyasından yola salınıb. Yük qatarı Azərbaycan üzərindən keçərək Yerevan stansiyasına çatdırılacaq. Bildirilir ki, ilk partiya səkkiz taxıl vaqonundan ibarət olub. Planlara əsasən, 2025-ci ilin sonunadək Ermənistana ümumilikdə 2000 tondan artıq buğda, yəni 30 taxıl vaqonunun göndərilməsi nəzərdə tutulur.
Seçilən
19
Ajans.az

1Mənbələr