“Zirə"nin qış hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı qəsəbə təmsilçisinin mətbuat xidməti yayıb.
"Qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.
Toplanışın ikinci mərhələsi isə 10-17 yanvar tarixləri aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq. Komandamız Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.