AZ

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofismebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsininaçılışında iştirak edib.

Trend xəbər verir ki,iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Accurate Az” MMC-nintəsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisəninfəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çinvə Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchizolunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyonədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faiziixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazırməhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədəhəyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkiledir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinintabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldanazad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt vəstimullardan yararlanıb.

Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalısahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixracpotensialının artırılmasına, həmçinin işğaldan azad olunmuşərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfəverəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb,növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılmasıplanlaşdırılır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlıməskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması,investisiyaların cəlbi və əlverişli biznes mühitininformalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimimüəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərənhüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 ilmüddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmişvergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlərtərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika,texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundanazaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatıninkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təminedir.

Seçilən
53
40
az.trend.az

10Mənbələr