AZ

Beynəlxalq Nəqliyyat Forumunun statistik bülletenində Azərbaycan üzrə müsbət dinamika qeyd edilib

Bakı.Trend:

Beynəlxalq Nəqliyyat Forumu (BNF) 2014 – 2024-cü illər üzrəqlobal nəqliyyat tendensiyalarının müqayisəli təhlilinə dairstatistik bülleten dərcedib. Hesabatda Azərbaycanla bağlı məlumatlar BNF-nin hazırkı sədrölkəsi olaraq xüsusi bölmədə təqdim edilib.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.

Bildirilib ki, son 10 ilin göstəricilərində müsbət dinamikaqeydə alınıb. Dəniz nəqliyyatı ilə yük daşınmasında əhəmiyyətliartım müşahidə olunub. 2014 – 2024-cü illər qlobal konteynerdaşımaları üçün yüksəliş dövrü kimi xarakterizə edilib. Azərbaycantəhlil aparılan 22 ölkə arasında konteyner yüklənməsigöstəricilərinə görə ikinci ən yüksək artım (150%) nümayişetdirib.

Hesabatda həmçinin yol təhlükəsizliyi üzrə statistik məlumatlarda əksini tapıb. Digər ölkələrdə yol qəzalarında ölüm göstəricilərisabit qalsa da, Azərbaycan üzrə əhəmiyyətli müsbət dəyişiklik qeydəalınıb. Belə ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı2014-cü illə müqayisədə 46%, yol qəzalarında həlak olanların sayıisə 32% azalıb.

Statistik bülletendəki məlumatlar son illərdə Azərbaycanınnəqliyyat sahəsində həyata keçirdiyi transformasiya prosesləriniəks etdirir: yol təhlükəsizliyi gücləndirilir, dəniz limanları üzrəgöstəricilər artır və ölkənin qlobal nəqliyyat şəbəkəsindəki roludaha da möhkəmlənir.

Seçilən
86
8
az.trend.az

9Mənbələr