AZ

Qırtımov "Baku Sportinq"lə matçdan nə gözləyir?

1-ci Liqanın 12-ci turunda "Zaqatala" 22 xalla 2-ci pillədə qərarlaşan "Baku Sportinq"in qonağı olacaq. Ötən tur öz meydanında MOİK-ə 1:3 hesabı ilə uduzan (legioner limitini pozduğu üçün "Zaqatala"ya sonradan texniki məğlubiyyət verilib) bölgə təmsilçisinin təcrübəli müdafiəçisi İlkin Qırtımovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Liqadakı bütün komandalar əzmkar və döyüşkəndirlər. "Baku Sportinq" bu mövsüm özünü yaxşı tərəfdən göstərən, heyətində səviyyəli futbolçular olan rəqibdir. Əlbəttə, bütün çempionat iştirakçıları öz hədəfləri uğrunda mübarizə aparırlar. Məqsədimiz "Baku Sportinq"ə qarşı inamla mübarizə aparmaqdır. Buzovnadakı matçda qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, dekabrın 24-də baş tutacaq "Baku Sportinq" - "Zaqatala" qarşılaşması 14:30-da başlayacaq.

Nihat

Seçilən
15
1
fanat.az

2Mənbələr