AZ

ABŞ-də donanma təyyarəsi qəzaya uğradı - VİDEO

ABŞ-nin Texas ştatında təyyarə qəzası baş verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki,  ştatın Qalveston şəhəri sahillərində Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus kiçik bir təyyarə qəzaya uğrayıb.
Meksika Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir ki, təyyarədə dörd HHQ zabiti və bir uşaq da daxil olmaqla dörd mülki şəxs olub.

Hadisə nəticəsində təyyarədəki beş nəfər ölüb, iki nəfər xilas edilib, bir nəfər isə itkin düşüb.

Təyyarənin Meksika fondu ilə əməkdaşlıq çərçivəsində humanitar tibbi nəqliyyat missiyası yerinə yetirdiyi bildirilib. 

Qəza təyyarə Qalvestona eniş edərkən baş verib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Billurə

Seçilən
26
olke.az

1Mənbələr