AZ

İsrail müdafiə nazirindən SƏRT BƏYANAT: Qəzzadan heç vaxt çıxmayacağıq

İsrail müdafiə naziri sərt bəyanatla çıxış edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bəyan edib. Katz Suriyanın bir qarışını belə güzəştə getməyəcəklərini və Qəzzanın şimalında yeni məskənlər salacaqlarını açıqlayıb.

Məlumata görə, İsrailin müdafiə naziri ölkəsinin hərbi və siyasi planları barədə kəskin açıqlamalar verib.

O bildirib ki, İsrail Suriya ərazisindən bir qarış belə güzəştə getmək niyyətində deyil: “Biz Suriyanın bir qarışını belə güzəştə getməyəcəyik”.

Nazir Qəzza zolağı ilə bağlı qəti mövqelərini də diqqətə çatdırıb. “Biz Qəzzadan heç vaxt çıxmayacağıq”, – Katz vurğulayıb.

O, həmçinin Qəzzanın şimalında yeni planların həyata keçiriləcəyini elan edib:

“Təxliyə edilmiş yaşayış məskənlərini əvəz etmək üçün Qəzzanın şimalında yeni məskunlaşma mərkəzləri yaradacağıq”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr